"Yeni Klinika"dan Barat Yusubovla bağlı açıqlama
2026-04-21 20:59:21
"Yeni Klinika"nın direktoru Barat Yusubovun vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yoxdur.
Hurriyyet.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq klinikanın mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, B. Yusubov bu gün saat 17:30-a qədər iş başında olub. Rəsmi məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.