📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ

2026-04-21 19:05:58

Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ

Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.

Modern.az xəbər verir ki, "Bakupost.az"a daxil olan məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.

Yeni Klinikanın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Hazırda Barat Yusubov işdədir, onun işdən azad olunması ilə bağlı TƏBİB-dən hər hansısa məlumat göndərilməyib" - deyə açıqlamada qeyd edilib.