📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni nazir daha bir nəfəri işdən çıxardı

2023-12-27 12:54:46

Yeni nazir daha bir nəfəri işdən çıxardı

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub. (report)