Yeni nazir müavini təyin edildi
2023-12-09 14:10:04
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə yeni nazir müavini təyin edilib
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.
Sərəncama əsasən, Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.