📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ

2021-10-22 22:38:00

Yeni pandemiya gəlir? - XƏBƏRDARLIQ

Alimlər H5N6 adlı quş qripinə yoluxan insanların yarısının öldüyünü açıqlayıb. Bildirilib ki, quş qripi bütün dünyaya yayılmaq üzrədir.

İtaliyada quş qripinə yoluxma qeydə alınıb. Dünən isə Çinin Hunan əyalətində 60 yaşlı qadının quş qripindən öldüyü iddia olunub. Qeyd olunub ki, qadın ölü ev heyvanlarına toxunduqdan sonra quş qripinə yoluxub. Çinin başqa bölgələrində də yoluxma halları qeydə alınıb.

İsrail də quşçuluqda yüksək patogen quş qripi (HPAI) müşahidə olunduğunu bildirib. Bundan başqa, Rusiya da fərqli bölgələrində kütləvi quş tələfatının qeydə alındığı barədə məlumat yayıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı İtaliyanın şimalındakı hinduşka fermasında yüksək patogen H5N1 quş qripinin yayılması və təxminən 200 quşun tələf olduğu barədə məlumat verib. \\Publika.az