Yeni pandemiya gəlir: bu dəfəki pandemiyanın müəllifləri yarasaları yox, bəbirləri günahlandırdılar
İnsanlar koronavirus pandemiyasından sonra təzəcə nəfəs almağa başlamışdılar ki, yeni "əldəqayırma" çiçək pandemiyası özünü çox gözlətmədi. Belə ki, Portuqaliya və İspaniyada çiçək xəstəliyinə yoluxanların sayı bir gündə 8-dən 40-a yüksəlib. Bu templə Avropa karantini uzaqda deyil.
G7 səhiyyə nazirləri Almaniyanın bəbirlərdən qaynaqlanan sürətlə yayılan və təhlükəli "çiçək virusu" epidemiyasını simulyasiya edən pandemiya təlimində iştirak edəcəklər. Göründüyü kimi, koronavirus pandemiyasında yarasaların haqqına girən pandemiya müəllifləri bu dəfə bəbirlərin babal-günahını yuyurlar.
Xatırladaq ki, iki gün öncə xarici KİV-lərdə Billi Qeytsin bəşəriyyətə yeni "Covid-19 2.0" markalı pandemiyaya hazırlaşmasına dair tövsiyyəsi yayılmışdı. Amma bu dəfəki pandemiya daha yırtıcı xarakterli olacaq, çünki bu dəfəkinin saxta müəllifləri bəbirlərdir və onun "Covid-19 2.0" yox, "Çiçək 1.0" adlandırılması daha məntiqlidir.
Ülviyyə, Hurriyyet.az