Yeni pandemiya tamaşasına start verilir? ABŞ Səhiyyə qurumundan yeni "meymun çiçəyi pandemiyası" ilə bağlı XƏBƏRDARLIQ gəldi
2022-05-30 11:19:00
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) meymun çiçəyi üçün səyahət xəbərdarlığının səviyyəsini yüksəltdi. Belə ki, 20-dən çox ölkədə yüzlərlə yoluxmanın aşkarlanması CDC-ni bu xəstəliklə bağlı səyahət xəbərdarlığını "Səviyyə 1"dən "Səviyyə 2"yə yüksəltməyə vadar etdi.
"Səviyyə 2" xəbərdarlığı insanlara dəri zədələnmələri də daxil olmaqla xəstə insanlardan qaçmaq kimi əlavə ehtiyat tədbirləri görməyi tövsiyə edir. CDC həmçinin səyahətçilərə ölü və ya canlı vəhşi heyvanlarla, o cümlədən meymunlar və gəmiricilərlə təmasdan qaçmağı tövsiyə edir. Bundan əlavə, turistlərə vəhşi heyvanların ətini yeməkdən çəkinmələri tövsiyə olunur.
Ülviyyə, Hurriyyet.az