📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni Papa bu futbol klubunun azarkeşidir

2025-05-09 19:32:32

Yeni Papa bu futbol klubunun azarkeşidir

Katolik keşişi Cüzeppe Paqano yeni Papa XIV Levin sevimli klubu haqqında danışıb. 

Bu haqda ANSA məlumat yayıb.

Paqano bildirib ki, XIV Lev “Roma” azarkeşidir. O, “Roma” – “Fiorentina” oyunundan sonra mənə yumoristik şəkildə dedi ki, “Roma”nın qələbəsi Papa Fransiskin ölümündən sonra ilk möcüzədir”, - Paqano bildirib.

Qey edək ki, ötən gün 69 yaşlı amerikalı kardinal Robert Prevost Roma Katolik Kilsəsinin rəhbəri olub. XIV Lev adını alıb.