📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - BAŞLANDI!

2022-11-24 10:06:00

Yeni sədr Cavid Qurbanovun yaxın kadrını işdən çıxardı - BAŞLANDI!

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Hurriyyet.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, R.Rüstəmovun müvafiq əmri ilə, "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov "Azərbaycan Dəmir Yolları" QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.