📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YENİ SƏFİR KEÇMİŞ ANS-çi İMİŞ - DOSYE + FOTO

2026-08-12 22:39:33

YENİ SƏFİR KEÇMİŞ ANS-çi İMİŞ - DOSYE + FOTO

Bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Hurriyyet.Media  "Yeni Sabah"a istinadən xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.

O, əvvəllər jurnalist kimi fəaliyyət göstərib, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. 

Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib.

Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.