📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni səfir təyinatından sonra Kobaxidzedən Vaşinqtona - Mesaj

2026-08-02 18:14:33

Yeni səfir təyinatından sonra Kobaxidzedən Vaşinqtona - Mesaj

“Vaşinqtonla strateji tərəfdaşlığın yenidən bərpa olunacağına ümid edirəm”.

Hurriyyet.Media Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ səfirinin sualını cavablandırarkən bildirib.

“Ümid edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığı yenidən bərpa etmək mümkün olacaq. Biz amerikalı tərəfdaşlarla əlaqədəyik və inanırıq ki, sonda strateji tərəfdaşlığın bərpası istiqamətində addımların atıldığını görəcəyik. Bu bizim vəzifəmizdir və ABŞ tərəfinin atacağı addımları səbirlə gözləyirik”, - baş nazir vurğulayıb.

Qeyd edək ki, Emi V. Diazın ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsinə təyin olunub.