📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni ştam İrana da çatdı

2021-12-20 14:24:00

Yeni ştam İrana da çatdı

İranda koronavirusun yeni “Omicron” ştamına ilk yoluxma halı qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya açıqlayıb.

Onun sözlərinə görə, yeni ştama yoluxmuş kişi bu yaxınlarda qonşu ölkələrin birindən İrana qayıdıb. O, söhbətin hansı qonşu ölkədən getdiyini bildirməyib.

Qeyd edək ki, “Omicron” ştamı 90-a yaxın ölkədə aşkar olunub.