📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni sürət qatarı buradan keçəcək: Evlər söküləcək

2026-02-26 14:28:51

Yeni sürət qatarı buradan keçəcək: Evlər söküləcək

Daha əvvəl xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" QSC Bakı sürətli qatarının yeni Yeni Suraxanı – Hövsan xəttinin layihələndirilməsinə başlayıb. Bu layihənin 2026–2027-ci illərdə başa çatdırılması planlaşdırılır.

Hurriyyet.org Ölkə.Az-a istinadən xəbər verir ki, layihə üçün aktiv hazırlıq işlərinə artıq start götürüb.

Xüsusilə Bakının Suraxanı rayonundakı dəmir yolu təhlükəsizlik zonasında yerləşən qanunsuz tikilmiş yaşayış binalarının inventarlaşdırılması aparılıb.

Söküntü işlərinə bu ilin yazın sonu və yayın əvvəlində başlanması nəzərdə tutulub.

Bu binaların illər əvvəl müvafiq sənədləşmə olmadan tikilməsinə baxmayaraq, sakinlər kompensasiya alacaqlar.