📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlandı

2021-09-20 16:36:00

Yeni tədris ili üçün çap edilən dərsliklərin sayı açıqlandı

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dərsliklərin sayı açıqlanıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində məlumat verib.

Nazir bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Xatlırdaq ki, bu il ilk dəfə olaraq V siniflərdə Təbiət dərsliyi 132 məktəbdə bir il müddətində pilot şəkildə tədris olunacaq. Yeni dərslik dərslərin tamamilə bacarıq, tədqiqat istiqamətində keçirilməsinə əsaslanır.