📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni tədris ilinə dair QƏRAR veriləcək - RƏSMİ

2021-08-31 15:16:00

Yeni tədris ilinə dair QƏRAR veriləcək - RƏSMİ

Təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci dərs ili üçün tədris planları ilə bağlı əmrinə əsasən, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.

Hələ 1 ay əvvəl hökumətdəki mənbəyə istinadən yaydığımız məlumatda (https://m.modern.az/az/news/300710/hokumet-sert-karantine-getmir-dersler-oktyabrda-baslayacaq) yeni tədris ilinin 15 sentyabrdan deyil, 1 oktyabrdan başlanacağını xəbər vermişdik.

Qeyd edilən məsələ ilə bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğuya verilən cavab da dolayısı ilə bunu təsdiq edir:

“Hazırda bununla bağlı rəsmi məlumat yoxdur. Yekun qərar verildikdə ictimaiyyətə təqdim ediləcək”.

Qeyd edək ki, yeni dərs ilində tədrisin təşkili bağlı Təhsil Nazirliyi tərəfindən brifinq keçiriləcəyi, yeni qərarların açıqlanacağı gözlənilir.