Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Turnirdəki təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb.
AEL-lə Kiprdə 1:1 hesablı heç-heçə edən Ağdam klubu bu dəfə rəqibini Bakıda qəbul edib. Qurban Qurbanovun komandası yeni transfer Kadi Borqesin qolu ilə 1:0 hesablı qələbə qazanaraq pley-offa yüksəlib.
“Qarabağ” pley-offda “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” (Azərbaycan) – AEL (Kipr) - 1:0
Qol: Kadi, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1 \\Sportinfo