📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Yeni ulduz” ekranlara qayıdır

2026-08-13 15:55:32

“Yeni ulduz” ekranlara qayıdır

İllər əvvəl yayımlanan məşhur “Yeni ulduz” layihəsi yenidən başlayır.

Hurriyyet.Media  Axşam.az-a istinadən xəbər verir ki, “SOY” prodakşının ərsəyə gətirdiyi layihə bu dəfə ARB TV-də yayımlanacaq.

“Yeni ulduz” yeni televiziya mövsümündə tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, “SOY” prodakşının rəhbəri, mərhum Oqtay Əliyev vəfatından əvvəl layihəni yenidən ekranlara qaytarmağı planlaşdırdığını açıqlamışdı. Onun ölümündən sonra Xalq artisti Mübariz Tağıyev də “Yeni ulduz” layihəsini yenidən həyata keçirmək planlarının olduğunu bildirmişdi.