📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni xidmət haqları vətəndaşlara şamil olunmur

2026-10-14 15:09:47

Yeni xidmət haqları vətəndaşlara şamil olunmur

Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır.

Modern.az xəbər verir ki, bunu AMB bəyan edib.

"Bu komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq və son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur", - açıqlamada qeyd olunub.