📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni yaradılan nazirlik ona həvalə edildi

2023-11-01 17:37:43

Yeni yaradılan nazirlik ona həvalə edildi

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavini təyin edilib, nazir vəzifəsi tapşırılıb.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Muxtar Respublikanın Ali Məclisi sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də sərəncam imzalayıb.

Sərəncamla Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Ona nazir təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub./publika.az/