📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeni Zelandiya dövləti İrandakı vətəndaşları üçün narahatdır

2022-10-26 11:26:00

Yeni Zelandiya dövləti İrandakı vətəndaşları üçün narahatdır

Hurriyyet.az xəbər verir ki, Yeni Zelandiyanın Xarici İşlər Nazirliyi vətəndaşları İranı tərk etməyə və ölkəyə səfərlərdən çəkinməyə çağırıb.

Xarici İşlər naziri Nanaiya Mahut Yeni Zelandiya vətəndaşlarına “iğtişaşlar, həbs olunma və ya saxlanılma riskinin yüksək olması və regionda qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən” İrana səfər etməkdən çəkinmələrini tövsiyə edib. Həmçinin, Yeni Zelandiya hökuməti "hazırda İranda olan vətəndaşları israrla ölkəni tərk etməyə çağırır".

Nazirin sözlərinə görə, son günlər "İran hakimiyyəti tərəfindən həbs edilən xarici vətəndaşların sayı artıb". “İrandakı yeni zelandiyalılar polis və ya təhlükəsizlik qüvvələrinin fəaliyyət göstərdiyi ərazilərdən uzaq durmalıdırlar, çünki onların mövcudluğu yanlış anlaşıla və onların saxlanılmasına, həbs edilməsinə səbəb ola bilər. Yeni Zelandiya hökumətinin səfirlik vasitəsilə konsulluq yardımı göstərmək imkanı isə son dərəcə məhduddur”.

Hürr Tərcüman