📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur” - Saakaşvili

2025-09-30 11:45:39

“Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur” - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ona qarşı elan edilən ittihamlara cavab verərək, pul və mənzilinin olmadığını bildirib. 

Hurriyyet.az xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində yazıb.

Saakaşvili "İdarə etdiyi dövrdə vəsaiti mənimsəməkdə” onu təqsirli bilin məhkəməyə belə müraciət edib: "Siz yaxşı bilirsiniz ki, mənim praktiki olaraq pulum yoxdur. Yenidən qurduğum Gürcüstanda mənzilim belə yoxdur.

Mən hazırda azadlığımdan məhrum olmuşam, lakin siz və sizin lideriniz çox yaxşı bilirsiniz ki, mən böyük uğur qazanmışam, siz isə tamamilə uğursuzsunuz".

Xatırladaq ki, məhkəmə Saakaşvilini dövlət xəzinəsinə 3 milyon dollardan çox ödəməyə məcbur edib./Unikal.az