📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yenidən sədr və müavin oldular

2026-10-30 18:33:28

Yenidən sədr və müavin oldular

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.

Hurriyyet.net  APA-ya istinadən xəbər verir ki, iclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri sədr vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.

Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.

Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub.