📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeniyetmə qız 5-ci mərtəbədən yerə düşdü

2022-01-29 11:03:00

Yeniyetmə qız 5-ci mərtəbədən yerə düşdü

Gəncədə yeniyetmə qız 5-ci mərtəbədən yerə düşüb. 

Hurriyyet.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. 5-ci mərtəbədə paltar asan 2006-cı il təvəllüdlü E. Rəfiyeva ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

Ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.