📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeniyetmə qız cüdoçumuz ölkə tarixinə düşdü

2023-08-24 23:49:45

Yeniyetmə qız cüdoçumuz ölkə tarixinə düşdü

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova ölkənin tarixinə düşüb.

İdmançı buna Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.

Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur.

Qeyd edək ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib. \\Report