📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu

2026-09-18 13:11:53

Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu

Lənkəranda yeniyetmə tanışları tərəfindən döyülüb.

Hurriyyet.media  xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü E.İ.  tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülüb. Yaxınlarının sözlərinə görə, onlar arasında mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birinin həyətində baş verib.

Mübahisə zəminində onlardan biri E.İ.-ni döyərək, başı üstə yerə çırpıb. O, yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə o, reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olan E.İ. süni tənəffüs aparatına qoşulub.

***

Əməli törətməkdə şübhəli bilinən İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.