📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeniyetmənin meyiti tapıldı

2026-08-06 20:15:30

Yeniyetmənin meyiti tapıldı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bildirilib ki, avqutsun 4-də Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nicat Şərifzadə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi idi.