Yens Stoltenberq: NATO qoşunları Rumıniyada Qara dəniz regionunda yerləşdirmək imkanını nəzərdən keçirir
2022-02-10 14:06:00
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans öz qoşunlarını Rumıniyada Qara dəniz regionunda yerləşdirmək imkanını nəzərdən keçirir. Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz indi alyansın cənub-şərq cinahında uzunmüddətli mövcudluq imkanlarını öyrənirik. İndi bizim Baltikyanı ölkələrdə və Polşada döyüş qruplarımız var. Biz analoji qrupların Qara dəniz regionunda Rumıniyada yerləşdirilməsi imkanlarını öyrənirik”, baş katib bildirib.
Bu yaxınlarda Rumıniya və Amerika pilotları NATO müttəfiqləri arasında qarşılıqlı əlaqəni artırmaq üçün birgə təlimlər keçirəcəklərini elan etdilər. Birgə təlimlərin əsas məqsədi NATO müttəfiqləri arasında operativ əməkdaşlığı artırmaq olub.
Ülviyyə, Hurriyyet.az