📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yeraltı suların çıxarılması dünyanı öz məhvərindən çıxarıb – araşdırma

2023-06-19 15:52:00

Yeraltı suların çıxarılması dünyanı öz məhvərindən çıxarıb – araşdırma

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, son tədqiqatlara görə, insanların torpağın altındakı suları çıxarması nəticəsində Yer planetinin fırlanma oxu cəmi 20 il ərzində təxminən 80 sm şərqə doğru dəyişib.

Dünyanın coğrafi qütbündəki sürüşməni araşdıran tədqiqatçılar yeraltı suların təsiri olmadan belə bir dəyişikliyin mümkün ola bilməyəcəyini söyləyirlər.

Dünyanın ətrafında fırlandığı xəyali ox sabit və dəyişməz deyildir.  Şimal Qütbü nöqtəsinin hər il 10 m genişliyində dairə cizdiyi bəllidir. NASA-nın məlumatına görə, XX əsrdə Dünyanın fırlanma oxu ildə 4 sm sürüşüb. Son dövrdə aparılan araşdırmalar iqlim böhranının Yer kürəsinin dönməsində sürüşməyə səbəb olduğunu aşkar edib.

Hürr Tərcüman