📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldıldı

2022-12-10 20:33:00

Yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldıldı

Yerli icra hakimiyyəti başçılarının səlahiyyəti azaldılıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə dəyişiklik Prezident İlham Əliyevin Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavədə əksini tapıb.

Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin rəhbərlərini həmin mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdıraraq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətini itirib.