📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yerusəlimdə Azərbaycan və İsrail XİN rəhbərləri görüşür - Fotolar

2023-03-29 10:43:00

Yerusəlimdə Azərbaycan və İsrail XİN rəhbərləri görüşür - Fotolar

İsraildə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yerusəlimdə israilli həmkarı Eli Kohenlə görüşür.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

Qeyd edilib ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

***

İsrailin XİN rəhbəri Eli Kohen də öz tviter hesabında Ceyhun Bayramoun səfəri barədə paylaşım edib: “Tarix! Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm. Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz!”