📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yetkinlik yaşına çatmayanı oğurlamaqda ittiham edilənlərə hökm oxunub

2026-03-16 18:07:31

Yetkinlik yaşına çatmayanı oğurlamaqda ittiham edilənlərə hökm oxunub

Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev 11 il, Nurlan Zeynalov və Ruslan Məmmədov 11 il 6 ay, Fazil Hacıyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

"Report"un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, onlar əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb etməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham edilirlər.