📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yevlax görüşü Azərbaycanın şərtlərinin qəbul edilməsi ilə nəticələnəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-21 12:55:15

"Onlar Azərbaycan Konstitusiya quruluşunu qəbul edəcəklər, etməyəcəklər isə çıxıb gedəcəklər"

"Erməni azlığı təmsil edənlərlə Yevlaxda görüş konkret Azərbaycanın şərtlərinin qəbul edilməsi ilə nəticələnəcək. Başqa alternativ yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, onlar Azərbaycan Konstitusiya quruluşunu qəbul edəcəklər, etməyəcəklər isə çıxıb gedəcəklər: "Bu görüş xüsusi əhəmiyyət kəsb edir. Hər şey Azərbaycanın dediyi kimi oldu. Heç bir dövlət Azərbaycanın daxili işinə qarışa bilməz və bu görüşdə heç bir dövlət iştirak etmədi. Halbuki, Ermənistan və separatçılar beynəlxalq vasitəçilərin iştirakı ilə görüş təklifi irəli sürürdülər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az