📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlax görüşü ilə bağlı ilk rəsmi açıqlama

2023-09-21 14:58:31

Yevlax görüşü ilə bağlı ilk rəsmi açıqlama

"Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir". 

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib. 

"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib. 

"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib. /Yenisabah.az/