📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlax Təhsil şöbəsindən "Hürriyyət"in yazısına cavab: QAZİ QARDAŞI DA ATTESTAT ALA BİLƏCƏK

2021-12-21 10:55:00

Yevlax Təhsil şöbəsindən

Vətən müharibəsi iştirakçısı, Qazi Yusif Ağaməmmədov Füzuli oğlu "Hürriyyət"in redaksiyasına müraciət edərək bildirir ki, Türkiyədə müalicə olunduğu vaxtlarda ona qardaşı Ağaməmmədli Səyyad Füzuli oğlu qulluq edib. Nəticədə həmin ərəfələrdə 11-ci sinifdə təhsil alan qardaşı attestat ala bilməyib. Qarabağ qazisi Yevlax rayon Təhsil şöbəsi ilə dəfələrlə əlaqə saxlayaraq qardaşının attestatının bərpa edilməsini və qardaşının dərsdə olmamasının ona qulluq etməsi ilə bağlı olmasını əsas gətirsə də müraciəti cavabsız qalıb.

Məsələ ilə bağlı Yevlax şəhər Təhsil şöbəsindən "Hürriyyət"ə bildirilib ki, vətəndaşın sənədlərinə baxıldıqdan sonra aralıq imtahanında iştirak etməsi üçün qeydiyyata alınmışdır:

"Yevlax Şəhər Təhsil Şöbəsi məlumat üçün bildirir ki, Ağaməmmədov Yusif Füzuli oğlu qardaşı Ağaməmmədli Səyyad Füzuli oğlunun tam orta təhsil haqqında attestat alması üçün eksternat imtahanında iştirakı barədə müraciət etmişdir. Vətəndaşın sənədlərinə baxıldıqdan sonra aralıq imtahanında iştirak etməsi üçün qeydiyyata alınmışdır. Bu barədə Ağaməmmədli Səyyadın valideyininə imtahanın keçiriləcəyi yer və tarix haqqında məlumat verilmişdir". 

YƏHYA