📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda ağır qəza - 2 nəfər öldü - Yenilənib

2026-11-26 11:16:06

Yevlaxda ağır qəza - 2 nəfər öldü - Yenilənib

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı kiçik tutumlu sərnişin avtomobili “Kamaz” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada ölənlərin sayı 2-yə çatıb.

“Mercedes Vito”nun “Kamaz”la toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində həyatını itirib.

Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.