Yevlaxda ağır qəza baş verib, bir nəfər ölüb
2021-11-25 23:25:00
Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.
Hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes", "Vaz- 21015" və "Volksvagen" markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.
Faktla bağlı araşdırma aparılır. \\Trend


