📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda ağır qəzada 2 nəfər öldü - Foto

2026-11-17 16:15:40

Yevlaxda ağır qəzada 2 nəfər öldü - Foto

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Naftalan şəhər sakinləri - 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev həyatlarını itirib.

Faktla bağlı araşdırma aparılır.