📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda avtomobil qəzasında polis zabiti vəfat edib

2024-10-09 23:03:26

Yevlaxda avtomobil qəzasında polis zabiti vəfat edib

Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Hurriyyet.Az-a bildirilib ki, "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.