📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda bədbəxt hadisə: gəlin toy günü öldü

2022-11-07 10:35:00

Yevlaxda bədbəxt hadisə: gəlin toy günü öldü

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Hurriyyet.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.