📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda bir ailənin 3 üzvü qəzaya düşdü, ölən var

2024-11-26 09:36:17

Yevlaxda bir ailənin 3 üzvü qəzaya düşdü, ölən var

Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Nəsibova xəstəxanada dünyasını dəyişib.