📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda meşəlik ərazidə yanğın başlayıb

2026-02-19 21:17:05

Yevlaxda meşəlik ərazidə yanğın başlayıb

Yevlax rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, yanğın Bərdə-Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb ediliblər. Hazırda küləkli hava yanğının söndürülməsi işlərini çətinləşdirir.

Baş verən yanğın avtomobil yolunda sürücülərə də çətin anlar yaşadır.

Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.