📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda qəza: TƏBİB məlumat yaydı

2025-04-16 11:31:28

Yevlaxda qəza: TƏBİB məlumat yaydı

Yevlaxda qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

5 qadın və 3 kişi Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, Yevlax rayonunda sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.