📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yevlaxda TIR mikroavtobusla toqquşdu - Ölən və xəsarət alan var

2026-11-26 11:05:37

Yevlaxda TIR mikroavtobusla toqquşdu - Ölən və xəsarət alan var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, qəza Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı kiçik tutumlu sərnişin avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində həyatını itirib, bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.