Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
2026-10-28 22:27:52
Göygöldə 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hurriyyet.net xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayev yıxılaraq xəsarət alıb. Adıçəkilən şəxs xəstəxanaya aparılsa da yolda vəfat edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşkları cəlb olunub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.