📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yol polisi əməkdaşını maşın vurdu

2023-01-05 00:44:00

Yol polisi əməkdaşını maşın vurdu

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Röyal Eldar oğlu Ağayev həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.\\Report