Yolu keçmək istəyərkən maşın vurub öldürdü
2026-09-23 11:23:15
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hurriyyet.media xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Mirdamət Xalıqovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.