📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI-YENİ REKORD

2022-02-05 19:11:00

Yoluxanların bu günə olan statistikası AÇIQLANDI-YENİ REKORD

Azərbaycanda qadın direktor kişi müəllimi təhqir etdi - VİDEOAzərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

 

Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.

 

İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. 40 796 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub.