Yoluxanların sayı artdı - RƏSMİ STATİSTİKA
2021-11-10 16:49:00
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 22 nəfər COVID-19-dan dünyasını dəyişib.
