Yoluxma artarsa, məktəblərin açılması təxirə düşəcək?
2022-08-23 11:46:00
Koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması planlaşdırılır.
Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hazırda bununla bağlı vəziyyət qənaətbəxşdir.