Youtube yeni qaydalar tətbiq edəcək.
Hurriyyet.az
Youtube tərəfindən edilən açıqlamada, yetkinlik yaşına çatmayanların potensial təhlükəli məzmuna daxil olmasının qarşısını almaq üçün odlu silah olan məzmuna girişlə bağlı dəyişikliklər edildiyi bildirilib.
Açıqlamada, odlu silahların təhlükəsizliyini necə açmağı göstərən bütün videoların qadağan ediləcəyi, əldəqayırma silahlar, avtomat silahlar və səsboğucu kimi odlu silah aksesuarlarının göstərildiyi videoların isə 18 yaşdan yuxarı istifadəçilər üçün məhdudlaşdırılacağı bildirilib.
Açıqlamada, atəş edib-etməməsindən asılı olmayaraq əllərində odlu silah olan şəxslərin yer aldığı canlı yayımların qadağan ediləcəyi, video oyun məzmununun buna daxil edilmədiyi vurğulanıb.
Bəyanatda dəyişikliklərin iyunun 18-dən qüvvəyə minəcəyi qeyd edilib .